Aprel ayının 7-də “Molla Nəsrəddin” satirik jurnalının 108 illiyi münasibəti ilə tanınmış karikatura ustası Adil Quliyevin  (Adil Elçin) yubiley sərgisi keçirilmişdir. Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi və “Kirpi” satirik jurnalının dəstəyi ilə keçirilən sərgidə rəssamın  müxtəlif illərdə “Kirpi” jurnalında dərc olunmuş əsərləri nümayiş olunmuşdur. Tədbirdə rəssamın sənət yoldaşları və həmkarları çıxış etmiş, müəllifin yaradıcılığını və fəaliyyətini yüksək qiymətləndirmişlər.                                                                                       

    Adil Quliyev 1952-ci ildən 90-cı illərə qədər “Kirpi” jurnalı ilə əməkdaşlıq etmiş, 1980-ci ildən jurnalın bədii redaktoru vəzifəsində çalışmışdır. O, “Kirpi”  jurnalında və digər dövrü mətbuat səhifələrində siyası və məişət mövzulu karikaturaları ilə çıxış etmişdir. Azərbaycan karikatura sənətinin tanınması və təbliği sahəsində əvəzsiz xidmətləri olan A.Quliyev bu gün də karikatura sevərləri öz yeni-yeni əsərləri ilə sevindirir.

 

Bayram Hacızadə

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri