IV “Molla Nəsrəddin” karikatura müsabiqəsinə yekun vuruldu. Müsabiqəyə 63 ölkədən 307 rəssam 670 karikaturası ilə qatılmışdır. Müsabiqənin sərgisi və mükafatların təqdimetmə mərasimi oktyabrın 17-də Bakıda keçirildi. Çox şadam ki, mənim həmkarlarım, əziz dostlarım vaxt ayırıb bizim tədbirimizdə iştirak etdilər. Müsabiqənin qalibləri: Alessandro Qatto (İtaliya), Vladimir Kazanevski (Ukrayna), Marat Valiaxmetov (İspaniya), Stanislav Aşmarin (Rusiya), Boris Erenburq (İsrail), müsabiqənin münsiflər heyəti: Andrey Feldşteyn (ABŞ), Mixail Zlatkovski (Rusiya), Bernard Boton (Fransa), Rəhim Baqqal Əsgəri (İran), Valentin Qeorqiyev (Bolqarıstan) və müsabiqənin təşkilatçılarından biri olan FEKO-nun prezidenti, əziz dostum Piter Nyuvandeyk (Hollandiya) tədbirimizdə iştirakına görə dərin təşəkkürümü bildirirəm. Bu insanların hər biri vaxtlarının azlığına baxmayaraq, eləcə də bəzilərinin sağlamlıqlarında olan problemlərə baxmayaraq bu tədbirdə bizimlə oldular. Bu münasibətlərinə və diqqətlərinə görə hər birinə dərin təşəkkürümü bildirirəm. İnanmaq istərdim ki, Bakıda olduqları qısa zaman ərzində əhəmiyyətli və maraqlı görüşlər keçirib, mənalı istirahət ediblər. Ümid edirəm ki, ölkəmizə gələn hər bir qonağımız Bakıdan xoş təəssüratlarla qayıdıblar. Bu tədbirin gerçəkləşməsində əməyi olan, bu layihənin təşkilatçısı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevə bütün karikatura sevənlər adından dərin təşəkkürümü bildirmək istəyirəm. Eləcə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası, Azərbaycan Rəssamlar İttifaqına bütün rəssamların adından minnətdarlığımı bildirirəm. İnanıram ki, bu kimi tədbirlər ölkəmizdə davamlı olaraq keçiriləcək və gələcəkdə də biz dünyanın tanınmış karikatura ustalarını ölkəmizə dəvət edə biləcəyik. Əminəm ki, Azərbaycan dünyanın karikatura mərkəzlərindən biri olacaqdır.

Bayram Hacızadə                                                           Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, “Molla Nəsrəddin – Azərbaycan” layihəsinin rəhbəri.

 

The IV “Molla Nasreddin” Cartoon Contest was completed. 307 cartoonists with 670 works from 63 countries joined to take part in the Contest. The exhibition of the Contest and the Ceremony of the awards presentation was held on the 17th of October in Baku. I am very glad that my colleagues and dear friends found time to participate in this event. I express my deep gratitude to the winners of the Contest: Alessandro Gatto (Italy), Vladimir Kazanevsky (Ukraine), Marat Valiakhmetov (Spain), Stanislav Ashmarin (Russia), Boris Erenburg (İsrael), to the Board of judges of the Contest: Andrey Feldshteyn (USA), Mikhail Zlatkovsky (Russia), Bernard Bouton (France), Rahim Baggal Asghary (İran), Valentin Georgiev (Bulgaria) and to one of the organizers of the Contest, the Ðresident of FECO (World Cartoonists’ Organizations Federation), my dear friend Mr. Peter Nieuwendijk (Holland) for their participation in our event. In spite of their lack of time and also health problems (of some of them) they were together with us in this event. I express my deep gratitude to each of them for this attitude and attention. I would like to believe that during the short time of their being in Baku they held interesting meetings and had meaningful holiday. I hope that each guest who came to our country left Baku with good impression.                                     

On behalf of all cartoon fans I would like to express my deep gratitude to the Chairman of the State Customs Committee of Azerbaijan Mr. Aydin Aliyev who made efforts for implementation of this event and is considered to be the organizer of this Ðroject. At the same time, on behalf of all cartoonists I express my gratitude to the Culture and Tourism Ministry of Azerbaijan Republic, the Federation of the International Cartoonists’ Organizations and Azerbaijan Artists Union. I believe that this kind of events will be held in our country continuously and we will be able to invite to our country the famous cartoonists of the world in the future. I am sure that Azerbaijan will be one of the cartoon centers of the world.

Bayram Hajizadeh

Head of Azerbaijan Cartoonists’ Union,                                            Chief of the Ðroject “Molla Nasreddin-Azerbaijan”