Müsabiqənin şərtləri: 

1.       Müsabiqənin mövzusunun adı:   

     I. “Yubiley” (“Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyidir).          

     II. Ad günü. “Yubiley” (mənim 50 yaşım tamam olur).   

2.       Karikatura və şarjlarınızla birlikdə ürək sözlərinizi, fikir və təkliflərinizi, eləcə də iradlarınızı yazıb göndərə bilərsiniz.             Fikirləriniz karikaturalarınızla birlikdə müsabiqənin albomunda çap olunacaqdır.

3.       Müsabiqə internet vasitəsilə keçirilir.

4.       Karikaturaları 300 dpi, jpg formatında  

      mollanasreddin2018@gmail.com  elektron ünvana göndərə bilərsiniz.

5.       Hər bir rəssam 2-5 karikatura göndərə bilər.

6.       Göndərilən karikaturalara Beynəlxalq münsiflər heyəti qiymət verəcəkdir.

7.       İşlərin qəbulunun son tarixi:  30 Dekabr 2018.

8.       Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət albom hazırlanacaqdır.

Mükafatlar: 

      I  Yer – qızıl medal və diplom

      II  Yer  – gümüş medal və diplom

      III Yer – bürünc medal və diplom

      Münsiflər heyətinin xüsusi mükafatı

      Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin xüsusi mükafatı

 

Bayram Hacızadə

“Molla Nəsrəddin” - Azərbaycan” 

Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı,

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri.

 

Ünvan:

    AZ1009, Azərbaycan, Bakı

    Salatın Əsgərova 86 (Şirvanşah)

    E-mail: azercartoon@gmail.com

    www.azercartoon.com

 

 

IX “Molla Nəsrəddin”- Azərbaycan - 2018” Beynəlxalq Karikatura Müsabiqəsi

 Mövzu: 

1. “Yubiley” (“Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyidir).     

2. Ad günü. “Yubiley” (mənim 50 yaşım tamam olur).

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi “Molla Nəsrəddin” - Azərbaycan - 2018” Beynəlxalq Karikatura Müsabiqəsini elan edir.

2018-ci ildə “Molla Nəsrəddin” – Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinin 10 ili tamam olur! Məhz bu münasibətlə bu il təşkil olunan  “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu “Yubiley” adlanır.

IX Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Rusiya Rəssamlıq Akademiyasının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.

 

ENTRY  FORM