Karikatürcüler Derneği Başkanı değerli dostumuz Metin bey Pekere sergimin organize edilmesinde emeğinden dolayı ve sanatıma ayırdığı dikkat için derin teşekkürümü bildiriyor zahmeti geçen diğer dostlarıma da ayrıca teşekkür ediyorum.

Bayram Hacızade

 

 

   

  

 Yanvar ayının 21-də İstanbulda Karikatura və Mizah Mərkəzində Bayram Hacızadənin fərdi sərgisi açılmışdır. Türkiyə Karkaturaçılar Birliyi və İstanbul Bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan karikatura sərgisində müəllifin 70-ə yaxın əsəri nümayiş olunmuşdur. Sərgidə Türk Karikaturaçılar Birliyinin başqanı Metin Peker, İstanbul Böyükşəhər Bələdiyyəsinin nümayəndəsi Raşit Yakalı, tanınmış karikatura ustaları Mühittin Köroğlu, Ergül Aktaş, Erdoğan Başol, Kamil Yavuz və digərləri çıxış etmişlər.

Tədbirdə Bayram Hacızadəyə karikatura sənətinin inkişafında göstərdiyi xidmətlərə görə xüsusi “Təşəkkür” diplomu təqdim olunmuşdur. Azərbaycanlı rəssam Türkiyə Karikatura Birliyinin fəxri üzvü seçilmişdir.

Yanvar ayının sonuna qədər davam edəcək sərgi daha sonra Türkiyənin paytaxtı Ankarada da keçiriləcəkdir.