1972-ci ildə Bakı şəhərində anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejisorluq fakultəsini bitirib.
1992-ci ildən karikatura çəkir, karikaturaları «Kirpi» satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır.
Bakıda fərdi sərgisi açılıb.
2004-cü ildən «Qalareə» jurnalının naşiridir.
2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.