1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1986-cı ildən «Kirpi» satirik jurnalı ilə əməkdaşlıq edir.  2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və İttifaqın Karikatura bölməsinin rəhbəridir. 2005-ci ildən «Biz və Karikatura» jurnalının baş redaktorudur. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin Sədridir. 2006-cı ildən FECO (Beynəlxalq KarikaturaçılarTəşkilatları Federasiyası) Azərbaycan qrupunun prezidentidir. «FECONEWS» jurnalının redaksiya heyyətinin üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq müsabiqələrdə qızıl medal və xüsusi mükafatlara layiq görülüb. «Azərbaycan Karikaturaçı Rəssamları»(2005), «100 illik karikatura tariximiz»(2006), «Müasir Azərbaycan Karikaturası»(2007), «Azərbaycan Karikaturası dünən və bu gün»(2007) adlı kitabların müəllifidir. 2005-ci ildən "Azərbaycanda Karikaturanın inkişafı"  adlı elmi iş üzərində calışır.2007-ci ildə Azərbaycan Respublikası “Əməkdar incəsənət xadimi ” fəxri adına layiq görülüb.

Idarə heyəti

Bayram Hacızadə                                    


          
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
 
 
 
  
 
 
 

 




 

 Tarix       

Idarə heyəti    

üzvlər

     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə