1947-ci ildə Gədəbəy rayonunda anadan olub. 1968-ci ildə Texniki Rəssamlıq Məktəbini bitirib. 1977-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında fəal çalışmağa başlayıb. 1981-ci ildən bu günə qədər «Kirpi» satirik jurnalı ilə əməkdaşlıq edir. Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib. 2005-ci ildən «Mozalan» satirik jurnalının Bədii redaktorudur. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bulud Qasımov




numune.htm