Idarə heyəti
 Elman Mirzəyev

  1959-cu ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildən «Kirpi» satirik jurnalı ilə sıx əməkdaşlıq edir, eyni zamanda respublikada çap olunan mətbuatda karikaturaçı rəssam kimi çalışır. 1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışıb. 1985-ci ildən «Marianet kuklalar» teatrının aparıcı rəssamıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1999-2003-cü illərdə Bakıda fərdi sərgiləri keçirilib. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq Karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır. Əsərləri onlarla kataloqda dərc olunub. UNESCO-nun xüsusi mükafatına layiq görülüb. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin idarə heyyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun vitse-prezidentidir.

                                         

 

        
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
 
 
 
  
 
 
 



 Tarix       

Idarə heyəti    

üzvlər

     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə