1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsini bitirib. «Şuşanın memarlığı»(1977), «Elturan»(1986), «Memarın gözü ilə» adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası «Əməkdar İncəsənət Xadimi» əməkdar adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır, Bakıda(1985,1994, 2005), Moskvada(1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib. 2003-cü ildə professor adı verilib. Hal-hazırda professor Elturan Avalov Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Təsviri incəsənət» kafedrasının müdiridir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür

Elturan Avalov




numune.htm