1987-ci ildə Gəncə şəhərində anadan olub.
2004-cü ildə Gəncə şəhər uşaq Rəssamlıq Məktəbini bitirib.
Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsidir.
2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.