1959-cu ildə Şahbuz rayonunda anadan olub.
1982-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1988-ci ildə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1984-cü ildən Azərbaycanda və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. Karikatura müsabiqələrində I yerə və xüsusi mükafatlara layiq görülüb.
1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Mətbuatda uzun illər rəssam kimi fəaliyyət göstərir.
2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.