KİTABLAR
 
Bayram Hacızadə
 
1       2        3      4      5       6
“100 illik Karikatura tariximiz” (2006-cı il)

 Oxucular 240 səhifəlik bu kitabda son 100 ildə Azərbaycan tarixində baş verən ictima-siyasi hadisələri karikaturaçı rəssamların gözü ilə izləyə bilər. İngilis və Azərbaycan dillərində nəşr olunan kitabda 200-ə yaxın rəssamın 700-ə yaxın əsəri təqdim olunub. 100 illik karikatura tarixi olan Azərbaycanda ilk dəfə olaraq məhs bu kitabda, müxtəlif dövrlərdə çar Rusiyası, Sovet Azərbaycanı və müstəqil Azərbaycanda fəaliyyət göstərən rəssamların yaradıcılığı öz əksini tapıb. Azərbaycan karikatura tarixinin, müxtəlif dövrlərində çalışan rəssamların yaradıcılığını təbliğ etməyə xidmət edən bu kitab, Azərbaycanın bu günü və dünəni, torpaqlarımızın işğalını, Azərbaycanda gedən inkişafı özündə əks etdirən əsərlərdən ibarətdir.