
Oxucular Azərbaycan karikaturasının yaranma tarixi, keçdiyi şərəfli yol və bu günü haqqında məlumat ala bilərlər. Eyni zamanda müxtəlif dövrlərdə bu sahədə çalışan karikaturaçıların fəaliyyəti, yaddan çıxan, unudulan rəssamlarımızın yaradıcılığı ətraflı işıqlandırılıb. Ilk dəfə olaraq karikatura müstəqil janr kimi monoqrafik, sistemlı halda tədqiq olunur. Karikaturaçılarımızın yaradıcılığı ardıcıl və sistemli formada karikatura sevənlərə təqdim olunur. 68 səhifəlik illustrasiyalı bu kitabı karikatura sahəsində ilk vəsait adlandırmaq olar.