KİTABLAR
 
Bayram Hacızadə
 
1       2        3      4      5       6

“Azərbaycanda Karikaturanın inkişafı”

 

Bu kitabda XVI əsr Azərbaycan miniatürlərində karikaturanın ilk rüşeymləri araşdırılmış, bu janrın ölkəmizdə XIX əsrin sonu XX əsrin əvvəli formalaşması və sonrakı inkişafı izlənmişdir. 1906-cı ildən -1931-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının dərc olunduğu dövr və bu məcmuənin nüfuzu və təsiri altında Azərbaycanda və qonşu ölkələrdə dərc olunan çoxsaylı satirik jurnallar haqqında məlumat verilmişdir. Bu illər ərzində Azərbaycanda nəşr olunan satirik jurnallarda və dövrü mətbuatda fəaliyyət göstərən karikaturaçı rəssamlarımızın əsərləri ilə tanış olmaq imkanı var. Bu satirik rəsmlərin və karikaturaların əksəriyyəti ilk dəfə geniş oxucu kütləsinə təqdim olunur.