KİTABLAR
 
Bayram Hacızadə
 
1      2        3      4      5       6        7       8       9
 
 “Dünya karikaturası”.

Müəllif: Bayram Hacızadə Bakı.

2009-cu il. Tiraj 1000 ədəd. 336 səh.

Kitabda dünya karikatura tarixi haqqında, bu sənət növünün formalaşma və inkişaf proseslərindən danışılır. Kitabda ilk dəfə olaraq 40-a yaxın ölkənin tanınmış karikatura ustalarının, bu sahəni tədqiq edən mütəxəssislərin fikirləri də yer almışdır. Oxucular kitabda təqdim olunan hər bir rəssamın və ekspertin öz ölkəsinin karikatura tarixi haqqında, bu janrın dünəni və bu günü, eləcə də müasir dövrdə karikatura janrının üzləşdiyi problemlər haqqında fikirləri ilə tanış olacaqlar. “Molla Nəsrəddin” satirik jurnalının il dönümünə həsr olunmuş bu kitabda eləcə də 45 ölkədən yüzlərlə rəssamın ən yaxşı əsərləri yer almışdır.

 
Bayram Hacızadə   Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Azərbaycan Respublikası "Əməkdar incəsənət xadimi" Sənətşünaslıq namizədi