KİTABLAR
 
Bayram Hacızadə
 
1      2        3      4      5       6        7       8       9
 
 “Zaman. İnsanlar. Karikatura.”

Müəllif: Bayram Hacızadə.

Bakı. 2009-cu il. Tiraj 500 ədəd. 80 səh.

Kitabda son 100 ildə Azərbaycanda karikatura sahəsində çalışan müxtəlif millətlərdən olan rəssamların yaradıcılığı və fəaliyyəti işıqlandırılmışdır. Oxucular əslən Bakıdan olan dünya şöhrətli karikatura ustası Stanislav Nikolayeviç Aşmarinin yarıməsirlik yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanmışlar. Eyni zamanda da rəssamın şəhərimiz və insanlarımız haqqında xatirələri, eləcə də onun müasir Azərbaycan karikaturasının dünya çapında yeri, çəkisi və nüfuzu haqqında fikirləri yer almışdır. Tanınmış karikaturaçının bu sənət növünün dünəni və bu günü, inkişaf mərhələləri və müasir dövrdə yaşadığı problemlərlə də oxucular tanış ola bilərlər. Kitabda rəssamın 40-dan artıq ən yaxşı əsəri oxuculara təqdim olunmuşdur.

 
Bayram Hacızadə   Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Azərbaycan Respublikası "Əməkdar incəsənət xadimi" Sənətşünaslıq namizədi