
“Neft və karikatura”.
Müəllif: Bayram Hacızadə
Bakı. 2009-cu il. Tiraj 1000 ədəd. 288 səh. Azərbaycanda “Əsrin Kontraktı”nın imzalanmasının 15 illiyinə həsr olunmuş kitabda əsrlər boyu neft ölkəsi kimi tanınan Azərbaycanın neft tarixi haqqında, ölkəmizdə neft sənayesinin inkişafı və Azərbaycan iqtisadiyyatında neftin rolu və əhəmiyyəti haqqında danışılır. Oxucular ilk dəfə olaraq son 100 ildə (çar Rusiyası, sovet və müstəqillik dövründə) azərbaycanlı rəssamlarımızın neft mövzusuna həsr olunmuş karikatura nümunələri ilə tam şəkildə tanış olmaq imkanı qazanmışlar. Kitabda eyni zamanda II “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinə 68 ölkədən yüzlərlə rəssamın "neft" mövzusunda işlədiyi karikaturalar da yer almışdır. Rəssamların bu əsərlərində neftin dünya iqtisadiyyatında rolu, eləcə də onun ekologiyaya vurduğu ziyan, törətdiyi problemlər qabardılır.

