Kitablar
“Azərbaycan Karikaturaçı Rəssamları”                                                                                                                                       Müəllif: Bayram Hacızadə                                                                                          Bakı-2005-ci il. Tiraj 1000 ədəd. 120 səh. Ə.Əzimzadənin 125 illiyinə həsr olunmuş bu kitabda Azərbaycanın 30 karikaturaçı rəssamı haqqında qısa məlumat almaq, onların müxtəlif illərdə yaratdıqları satirik rəsm və karikaturalar ilə tanış olmaq olar.
 “100 illik karikatura tariximiz”

Müəllif: Bayram Hacızadə                                                                                            Bakı-2006-cı il. Tiraj 1000 ədəd. 240 səh. “Molla Nəsrəddin” satirik jurnalının 100 illiyinə həsr oluynmuş bu kitabda Azərbaycanda cərəyan edən tarixi hadisələri, cəmiyyətdə, gündəlik həyatda baş verən neqtiv halları, satirik gülüş doğuran məqamları karikaturaçı rəssamlarımızın gözü ilə onların rəsmlərində izləmək olar. Bu kitabda son 100 ildə Azərbaycanda fəaliyyət göstərən 180 rəssamın 658 satirik rəsmi və karikaturası təqdim olunmuşdur.

 “Azərbaycan Karikaturası dünən və bu gün”

Müəllif: Bayram Hacızadə                                                                                            Bakı- 2007-ci il Tiraj 1000 ədəd. 64 səh Azərbaycan karikatura tarixindən, onun dünəni və bu günündən bəhs edən kitabda bu janrda çalışan rəssamlar haqqında qısa məlumat toplamaq, onların yaradıcılığı ilə tanış olmaq imkanı əldə etmək olar.

“Müasir Azərbaycan Karikaturası”

Müəllif: Bayram Hacızadə                                                                                               Bakı-2007-ci il. Tiraj 1000 ədəd. 130 səh. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikatura Təşkilatları Federasiyası (FEKO) və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin birgə layihəsi olan bu kitab-kataloqda müasir Azərbaycan karikaturası haqqında məlumat almaq olar. Müasir dövr Azərbaycan karikaturası, bu janrda çalışan rəssamlarımız və gənc karikaturaçılarımız haqqında qısa məlumat almaq, onların yaradıcılığını izləmək imkanı əldə etmək olar.

“Azərbaycanda Karikaturanın inkişafı”

Müəllif: Bayram Hacızadə                                                                                        

 Bakı- 2008-ci il. Tiraj -500 ədəd. 320 səh. Bu kitabda XVI əsr Azərbaycan miniatürlərində karikaturanın ilk rüşeymləri araşdırılmış, bu janrın ölkəmizdə XIX əsrin sonu XX əsrin əvvəli formalaşması və sonrakı inkişafı izlənmişdir. 1906-cı ildən -1931-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının dərc olunduğu dövr və bu məcmuənin nüfuzu və təsiri altında Azərbaycanda və qonşu ölkələrdə dərc olunan çoxsaylı satirik jurnallar haqqında məlumat verilmişdir. Bu illər ərzində Azərbaycanda nəşr olunan satirik jurnallarda və dövrü mətbuatda fəaliyyət göstərən karikaturaçı rəssamlarımızın əsərləri ilə tanış olmaq imkanı var. Bu satirik rəsmlərin və karikaturaların əksəriyyəti ilk dəfə geniş oxucu kütləsinə təqdim olunur.