«Biz və Karikatura»  jurnalı

 

  Bir əsirlik tarixi olan Azərbaycan karikatura məktəbini yaşatmağa inkişaf etdirməyə xidmət edəcək «Biz və Karikatura» adlı jurnal oxucularımızın ixtiyarına verilir. Öz ətrafında 70-dən çox karikaturaçı rəssamı birləşdirən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» 2006-cı ilin fevral ayında «Biz və Karikatura» jurnalının təqdimatını keçirtdi. 24 səhifədən ibarət olan rəngli çap olunan jurnal ildə 2 dəfə çap olunacaq. Jurnal əsasən peşəkar karikaturaçı rəssamlar üçün nəzərdə tutulub. Məqsədimiz Azərbaycanın təsviri incəsənətinin bir qolu olan və Ə.Əzimzadə ənənələrinə söykənən milli karikatura sənətini cəmiyyətdə təbliğ etmək və inkişafını sürətləndirməkdir.Eyni zamanda gənc rəssamlar arasında bu sahəyə marağı artırmaq, Azərbaycan karikatura tarixi haqqında sənətsevərlərə məlumat vermək, müasir dünya karikaturasında yerimiz və çəkimiz haqqında oxucularımızı bilgiləndirməkdir. Ömürlərini karikaturanın inkişafına həsr edən böyük rəssamlarımızın həyat və yaradıcılığını təbliğ edib işıqlandırmağı, onların milli dəyərlərə söykənən sənətini hər zaman diqqət mərkəzində saxlamağı, bu sahədə ilk addımlarını atan gənc rəssamları tanıtmağı və həvəsləndirməyi özümüzə borc bilirik. Jurnalda peşəkar rəssamlar çalışır. Jurnalın baş redaktoru və təsisçisi Bayram Hacızadə, redaktor müavini istedadlı karikaturaçı rəssam və professional jurnalist Soltan Soltanlı, bədii redaktoru Vəfa Allahyarovadır. Jurnalın dizayn və kampüter işini, karikaturaçı rəssam və peşəkar dizayner Leyla Salamova hazırlayır. Biz inanırıq ki, bu insanların birgə məhsuldar əməyi nəticəsində «Biz və Karikatura» jurnalı oxunaqlı, baxımlı və sevimli olacaq.

1>   2>   3>   4>   5>   6>
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
 
 
 
  
 
 
 
 Tarix       

Idarə heyəti    

üzvlər




                                         

Jurnal
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə