



  Yarandığı qısa müddət ərzində Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» Bir sıra respublika əhəmiyyətli sərgilər və müsabiqələr təşkil edib, karikatura janrının təbliğinə xidmət edəcək albomlar, kataloqlar, kitablar və jurnallar hazırlayıb sənətsevərlərə təqdim etmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Sosial Müdəafiə Fondu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Axundov adına Azərbaycan Milli kitabxanası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə təşkil etdiyimiz sərgilər, keçirdiyimiz tədbirlər nəticəsində karikaturaya diqqət xeyli artmışdır. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» tərəfindən təşkil edilən sərgilərin kataloqları rəngli və yüksək keyfiyyətlə hazırlanır. Bu kataloqda karikaturaçı rəssamlarımızın sərgilərdə nümayiş edilən əsərləri yerləşdirir. Keçirilən tədbirlərin rəssamlar üçün əlamətdar olduğunu nəzərə alsaq bu hazırlanan kataloqların vacibliyi danılmazdır. Son bir il ərzində Birliyimiz tərəfindən 9 kataloq hazırlanıb. Hər bir kataloqda 40-60 rəssamın əsəri yerləşdirilərək tədbirlərdən xatirə olaraq rəssamlara hədiyyə verilib. Bu da Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin karikatura sevərlərə yubiley münasibəti ilə kiçik bir töhvəsi olub.





