1982-ci ildə Bakı şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib.
Son illər karikatura ilə fəal məşğuldur.
2006-cı ildən «Üç alma» uşaq jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Respublikada və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır.
2005-ci ildən Azərbaycan rəssamlar İttifaqının üzvüdür.
2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.