1963-cü ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1987-ci ildən «Göyərçin» uşaq jurnalında rəssam kimi çalışır. Respublikada keçirilən sərgilərin fəal iştirakçısı və mükafatçısıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Mətanət Aslanova



