1947-ci ildə Bakı şəhərində anadan olub.
1968-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1968-1978-ci illərdə V.Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun “Teatr, musiqi, kino rəssamı” fakultetini bitirib.
1970-ci illərdən “Kirpi” satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir.
1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır.
2004-cü ildə “Humay” milli mükafatına layiq görülüb.
2006-cı ildə “Sülhün elçisi” adına və Azərbaycan İncəsənətini xaricdə təbliğinə görə “Simurq” diplomu ilə təltif olunub.1500-ə yaxın elmi və publisistik məqalələrin müəllifidir.
2007-ci ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”-nin üzvüdür.