ENTRY FORM   

 “Molla Nəsrəddin-Azərbaycan - 2010” Beynəlxalq Karikatura Müsabiqəsi.

 

 

  Əzim Əzimzadə (1880-1943)

 Əzim Aslan oğlu Əzimzadə 30.04.1880-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycanın ilk karikaturaçı rəssamı və Azərbaycanın ilk xalq rəssamı olmuşdur. 1906-cı ildən satirik qrafika, illüstrasiya, plakat, teatr dekorasiyası sənəti sahəsində fəaliyyət göstərmişdir. Bakıda nəşr olunan bir çox satirik jurnallar “Molla Nəsrəddin” (1906-1931), “Zənbur” (1909-1910), “Kəlniyyət” (1912-1913), “Baraban” (1912-1913), “Biç” (1909-1916), “Məzəli” (1914-1915), “Babayi - Əmir” (1915-1916), “Tuti” (1914-1916), “Zənbur” (1919) ilə əməkdaşlıq etmişdir. Bir çox kitablara illüstrasiyalar çəkmişdir. 1922-1931- cil illərdə “Molla Nəsrəddin” jurnalının baş rəssamı olmuşdur. 1920-1943-cü illərdə Rəssamlıq məktəbində dərs demiş, 1932-1937-ci illərdə məktəbin direktoru olmuşdur. 1940-cı ildə yaradılmış Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olmuşdur. II Dünya Müharibəsi dövründə alman faşizmini ifşa edən müharibə əleyhinə çoxsaylı karikaturalar, plakatlar və satirik rəsmlər yaratmışdır. XX əsr Azərbaycan təsviri sənəti salnaməsində şərəfli yer tutan Ə.Əzimzadə 16.06.1943-cü ildə Bakıda vəfat etmişdir.

 

Müsabiqə iştirakçılarının nəzərinə!

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi müsabiqəyə göndərilən ən yaxşı əsərlərdən ibarət “Rəssam və karikatura” adlı kitab-kataloq hazırlayacaq. Bu kataloqda, müsabiqədə mükafat almış karikaturalar və seçilmiş 100 ən yaxşı karikatura yerləşdiriləcəkdir. Əsərləri kataloqda yerləşdirilmiş karikaturaçılara 2010-cu ilin sonunadək bu kitab-kataloq hədiyyə olaraq göndəriləcək.

Bayram Hacızadə                  “Molla Nəsrəddin - Azərbaycan 2010” Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri

 

Mövzu: “Rəssam”                                                       (Təsviri sənət tarixin sınaqlarından çıxıb.)”

 Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi “Molla Nəsrəddin-Azərbaycan -2010” Beynəlxalq Karikatura Müsabiqəsini elan edir. 3-cü Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və FEKO-nun (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının) dəstəyi ilə keçirilir. Müsabiqə Azərbaycanın ilk karikaturaçı rəssamı Ə.Əzimzadənin anadan olmasının 130 illiyinə və Azərbaycan Rəssamlar İttifaqının yaradılmasının 70 illiyinə həsr olunmuşdur.

Müsabiqənin şərtləri:

1. Mövzu: “Rəssam” (Təsviri sənət tarixin sınaqlarından

2. Müsabiqə bütün həvəskar və peşəkar karikaturaçılara

3. Rəsmlərin qəbulunun son tarixi 15 Aprel 2010-cu il.     4. Müsabiqəyə ancaq orijinal işlər qəbul olunur. 

                                                                                  5. Müsabiqəyə ən çoxu 2 karikatura göndərilə bilər.       6. Format min A4, max A3.                                           7. Müsabiqəyə başqa bir yarışda mükafat almış

8. Əsərlərin arxasında müəllifin adı, soyadı, ünvanı,

 

 

9. Orijinal karikatura rəssamın xahişi ilə geri qaytarıla

10.Əsərin müəllif hüquqları rəssama məxsusdur. 11.Müsabiqənin forumunu www.azercartoon.com 

12.Seçilmiş karikaturaların müəlliflərinə müsabiqənin

13.Karikaturalar Beynəlxalq juri tərəfindən

 

Mükafatlar                                                                                     I Yer (1 nəfər) Qızıl medal + diplom + kataloq                          II Yer (2 nəfər) Gümüş medal + diplom + kataloq                    III Yer (3 nəfər) Bürünc medal + diplom + kataloq            Xüsusi mükafatlar (3 nəfər) + diplom + kataloq

Ünvan:                                                                  AZ1010 Azərbaycan, Bakı Neftçilər prospekti 145 Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi                     Tel: (994 12) 493 28 98 (994 12) 493 09 18                E-mail: karikaturachilar@yahoo.com

çıxıb).
açıqdır.
karikaturalar göndərilə bilməz.
telefon nömrəsi və elektron poçt ünvanı (e-mail) yazılmalıdır. Həmçinin iştirakçı müsabiqənin forumunu doldurub, tərcümeyi-hal və fotosunu da karikaturalarla birlikdə göndərməlidir. Əks halda müsabiqəyə qəbul olunmayacaqdır.
ünvanından yükləyə bilərsiniz.
dəyərləndiriləcək.
kitab - albomu hədiyyə olaraq göndəriləcək.
bilər.
Eyni zamanda imzalanmış və nömrələnmiş rəqəmsal (Digital) kopya qəbul oluna bilər