Tarix       

Idarə heyəti    

üzvlər




 
 

 

 

 

 

   
 Bu il fevralın 10-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda Cəlil Məmmədquluzadənin 140 və onun yaratdığı «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvlərinin «Biz və karikatura» adlı sərgisinin açılışı oldu. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin təşkilatçılığı ilə baş tutan bu sərgidə 32 rəssamın 120-dən çox əsəri nümayiş etdirilirdi. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayev Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan C.Məmmədquluzadəni yad etməyin hər birimizin borcu olduğunu bildirməklə, qeyd etdi ki, Azərbaycanda karikatura janrının inkişafı bizi çox sevindirir. Bu sahədə Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»-nin rolunu xüsusi vurğulayan nazir, Azərbaycan karikatura sənətinin beynəlxalq səviyyədə layiqincə təmsil olunması üçün Mədəniyyət və Turizm Nazirliyinin bir sıra tədbirlər həyata keçirəcəyini söylədi. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov müasir rəssamların bu janra müraciət etməsinin sevindirici hal olduğunu, karikaturanın hər zaman yaşayacağını nəzərə çatdırdı. O, bu yaxınlarda Rəssamlar İttifaqında da karikatura şöbəsinin yaradıldığını və həmin bölməyə Bayram Hacızadənin sədr seçildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»-nin sədri Bayram Hacızadə çıxış edərək sərgini dəyərləndirdikləri üçün bütün qonaqlara, sənətsevərlərə öz minnətdarlığını bildirdi, Azərbaycanda karikatura sənətinin inkişafı üçün belə tədbirlərin təşkilinin vacib olduğunu nəzərə çatdırdı. Birliyin sədri «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamlı olacağını qeyd etdi. O, bildirdi ki, bu günlərdə işıq üzü görən «Biz və karikatura» satira jurnalı bu sahədə çap olunan kataloq, albom və kitablar Birliyin gördüyü işlərdəndir. Gənc rəssamların bu sahəyə böyük maraq göstərməsini, Birliyin üzvlərinin sayının gündən-günə artmasını nəzərə çatdıran B.Hacızadə bütün diqqətə və qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, Rəssamlar İttifaqına bütün karikaturaçı rəssamlar adından minnətdarlığını bildirirdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin , Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin birgə təşkil etdikləri «Biz və Karikatura» sərgisinin                      açılış mərasimi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev və Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadə sərgidəki əsərlərə tamaşa edərkən.
 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev
Azərbaycan Rəssamlar İttifaqının                       sədri Fərhad Xəlilov
Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadə
Azərbaycan Dövlət Universitetinin pro-rektoru, professor Nərgiz Paşayeva sərgidəki əsərlərlə          tanış olarkən
sərgi
1>  2>   3>   4>   5>  6>   7>  8>
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə