sərgi
    

 

 

 Böyük ədəbi və təsviri sənət abidəmiz olan «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyi münasibətilə Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»-nin birlikdə təşkil etdiyi «Biz və karikatura » adlı sərginin açılış mərasimi keçirilmişdir. 20 müəllifin 100-ə yaxın əsəri nümayiş olunan karikatura sərgisini giriş sözü ilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov açaraq «Molla Nəsrəddin» kimi böyük tarixi abidənin milli mətbuat, ədəbiyyat və təsviri sənətimizdə oynadığı əvəzsiz rolundan danışmışdır. O, yubiley münasibəti ilə karikaturaçılarımızı, sənətsevərləri təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» İdarə heyətinin üzvü Soltan Soltanlı və Böyükağa Yəhyayev karikatura sənətimizin keçdiyi böyük tarixi yoldan danışmış, son vaxtlar bu sənətə dövlət səviyyəsində göstərilən qayğını yüksək qiymətləndirmişlər. Rəssamlar bu sərginin yubiley münasibəti ilə fond kollektivinə bir töhfə olduğunu söyləmişdir.

 Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun təşkil etdiyi «Biz və Karikatura» sərgisinin açılış mərasimi

Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov karikaturaçılarla birlikdə

Səlim Müslümov karikaturaçılarla birlikdə sərgidəki işlərlə tanış olarkən

Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin idarə heyətinin üzvləri Soltan Soltanlı və Böyükağa Yəhyayev
Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovv
 
 
 
  
 
 
 
 Tarix       

Idarə heyəti    

üzvlər




 
 
1>  2>   3>   4>   5>  6>   7>  8>
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə