


M.F.Axundov adına Milli Kitabxanada «Molla Nəsrəddin» kitabının təqdimatı həmçinin
«Molla Nəsrəddin və Molla Nəsrəddinçilər» adlı karikatura və kitab sərgisi keçirilib. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və «Karikaturaçı Rəssamlar Birliyi»-nin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açıb. Sonra isə Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva öz çıxışında prezident İlham Əliyevin «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncama uyğun olaraq, müxtəlif mədəniyyət ocaqlarında təşkil edilən silsilə tədbirlərdən danışıb.
Millət vəkili, professor Nizami Cəfərov «Molla Nəsrəddin» ədəbi məktəbinin əhəmiyyətindən, onun bu gün də böyük maraq doğurmasından söz açıb.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən Filalogiya elmləri doktoru Məhərrəm Qasımlı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqin mədəni həyatında mühüm hadisə olan «Molla Nəsrəddin» jurnalını ədəbiyyatşünaslığ baxımından təhlil edib, onun ictimai-siyasi əhəmiyyətini açıqlayıb.
«Karikaturaçı Rəssamlar Birliyi» İdarə heyyətinin üzvü Soltan Soltanlı isə çıxışında karikatura janrının Azərbaycan təsviri sənətinin bir qolu kimi inkişafında
«Molla Nəsrəddin» jurnalının bilavasitə böyük rol oynadığını vurğulayıb. O, Azərbaycan rəssamlarının karikatura əsərlərinin ilk nəşrinin də məhz bu jurnalda baş tutduğunu xatırladıb.
Daha sonra isə «Molla Nəsrəddin» jurnalında çalışan rəssamların əsərlərindən başlayaraq, bu gün də həmin yolu davam etdirən müasir karikaturaçı rəssamların 60-dan yuxarı əsərinə baxış keçirilib.
M.F.Axundov adına Milli Kitabxanada
«Molla Nəsrəddin və Molla Nəsrəddinçilər» adlı karikatura və kitab sərgisi
sərgi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi