


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında «Molla
Nəsrəddin» jurnalının 100 illiyinə həsr olunmuş karikatura sərgisi açılıb. Sərgi Azərbaycan Təhsil Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»-nin birgə səyi ilə təşkil olunub. Ədəbi və təsviri sənət abidəsi olan «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyilə bağlı sərgidə təcrübəli karikaturaçılarla yanaşı, Rəssamlıq Akademiyası tələbələrinin əsərləri də nümayiş olunub.
Akademiyanın rektoru akademik Ömər Eldarov «Molla Nəsrəddin» jurnalının yaranması ilə Azərbaycan karikatura məktəbinin əsasının qoyulduğunu söyləyib: «Görkəmli rəssam Əzim Əzimzadə» böyük bir zaman kəsiyində Azərbaycan mədəniyyət və incəsənətinin qızıl fondunu öz dəyərli əsərləri ilə zənginləşdirdi.
Bu böyük sənətkardan sonra onun davamçıları karikatura sənətini yaşatdılar.
Rəssamlıq Akademiyasının sənətşünaslıq kafedrasının müdiri Leyla Axundzadə «Molla Nəsrəddin» jurnalının Azərbaycan təsviri sənətində mühüm rol oynadığını vurğulayıb.
Xalq rəssamı Yusif Hüseynov isə sərgiyə təqdim olunan işləri dəyərli sənət nümunələri adlandırıb.
Sərginin təşkilatçısı Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» İdarə heyyətinin üzvü olan Vəfa Allahyarova «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, gənc karikaturaçı rəssamlarımızın «Molla Nəsrəddin»lə təməli qoyulmuş ənənələri uğurlu davam etdirərək, karikatura sənətini yaşatdıqlarını xüsusi qeyd etdi.
.
Karikaturaçılır: Leyla Salamova, Elturan Avalov, Vəfa Allahyarova,
Bayram Qasımxanlı və Rəhimə Həsənova
Akademik Ömər Eldarov
Professor Leyla Axundzadə
Xalq rəssamı Yusif Hüseynov
Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin idarə heyətinin üzvü
Vəfa Allahyarova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında «Molla
Nəsrəddin» jurnalının 100 illiyinə həsr olunmuş karikatura sərgisi
sərgi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi