

2007-ci il aprelin 20-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» və «Mozalan» satirik kino jurnalı ilə birlikdə Muzey Mərkəzində karikatura sərgisi keçirilib. Sərgidə 100-ə yaxın karikaturaçı rəssamın 200 əsəri nümayiş etdirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev çıxışında bu cür karikatura sərgilərinin son vaxtlar davamlı təşkil olunduğunu yaxşı ənənə adlandıraraq bunun cəmiyyət üçün vacib hadisə olduğunu qeyd etdi. Sərgidə «Mozalan» satirik kino jurnalının baş redaktoru Orxan Fikrətoğlu karikatura sənətinin Azərbaycanda 100 illik tarixi, böyük ənənələri olduğunu nəzərə çatdırdı. Bu sənətin, bu gün inkişaf edilməsi, gənclər arasında sevilməsi Azərbaycan karikaturasının gələcəyinin etibarlı əllərdə olmağından xəbər verir. Sərgidə, tanınmış rəssamlar, məşhur kino xadimləri, yazıçılar və aktyorlar karikaturaçılarımızın əsərləri ilə yaxından tanış oldular.
"Bu bizlikdir" sərgisinin açılış mərasimi

Sərgidən görüntülər



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev


«Mozalan» Satirik Kino jurnalının baş redaktoru Orxan Fikrətoğlu
