Tarix       

Idarə heyəti    

üzvlər




 
 

 

      

         
              
1>  2>   3>   4>   5>  6>   7>  8>

 2005-ci ilin dekabr ayında, Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi» nin birgə təşkil etdikləri «Azərbaycan Karikaturaçı Rəssamları» sərgisi açılmışdır. Sərgidə Bayram Hacızadənin müəllifi olduğu «Azərbaycan Karikaturaçı Rəssamları» kitabının təqdimat mərasimidə keçirilmişdir. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»-nin sədri, kitabın müəllifi Bayram Hacızadə mətbuata bildirmişdir ki, «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyinə və xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 125 illiyi münasibəti ilə çap olunmuş kitabda Azərbaycanın 40-a yaxın karikaturaçı rəssamının əsərləri yer almışdır. Kitab ölkəmizdə karikatura sənətinin inkişafı barədə müəyyən təsəvvür yaradıb. Buraya ölkəmizdə milli karikatura janrının banisi Əzim Əzimzadənin və onun son 100 ildə müxtəlif nəsillərdən olan davamçılarının əsərləri daxil edilmişdir. Oxucular Q.Xalıqov, İ.Axundov, Nəcəfqulu, Z.Kərimbəyli, A.Quliyev, P.Şandin, V.Ternavski, Y.Əsədov, E.Mirzəyev, B.Hacızadə, S.Soltanlının əsərləri ilə yaxından tanış olublar.

«Azərbaycan Karikaturaçıları» sərgisinin açılış mərasimi

sərgi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə