Tarix       

Idarə heyəti    

üzvlər




 
 

 Zəngin ənənələrə malik karikatura janrı, Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir. Dövri mətbuatda, xüsusi satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin ortalarında təsədüf edirik. Və nəhayət, Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda «Molla Nəsrəddin» adlı həftəlik satirik jurnal işıq üzü gördü. Bu böyük bir hadisə idi. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış «Molla Nəsrəddin» jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu.                       

                    

                                        

 

 

 Bilavasitə «Molla Nəsrəddin»in təsiri nəticəsində Bakıda «Bəhlul»(1907), «Zənbur»(1909), «Arı»(1910), «Mirat»(1911), «Baraban»(1912), «Kəlniyyat»(1912), «Lək-lək»(1914), Tuti(1914), «Məzəli»(1914), «Babayi-Əmir»(1915), «Şeypur»(1918), «Tartan-partan»(1918), «Məşəl»(1919) kimi illüstrasiyalı jurnallar nəşr olunmağa başladı. Daha uzun ömürlü olan «Molla Nəsrəddin» jurnalı müəyyən fasilələrlə 1932-ci ilə qədər çap olundu. Bu illər ərzində jurnalda görkəmli rəssamlar Oskar Şmerlinq, İosef Rotter, Əzim Əzimzadə, daha sonra B.Telinqator (Beno), Xəlil Musayev, Cəbibəyov, B.Səyid, N.Məmmədov, M.Əliyev və başqa rəssamlar iştirak edirdilər.

     1>  2>  3>  4>  5>  6>  7>  8>  9>  10>  11>  12>   13>   14>   15>
Tarix
 «Molla Nəsrəddin» jurnalının ilk nömrəsi (1906)
Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının naşiri və baş redaktoru
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
     Ana səhifə               Yarışlar                 Nəticələr                 Sərgilər                 Kitablar                Əlaqə