«Türk məsələsi»
«Türk-Yunan müharibəsi»


«Molla Nəsrəddin» jurnalının 1921-ci ildə İranda nəşr edilməsi, Yaxın Şərqin sənət aləmində mühüm hadisə kimi qiymətləndirilməlidir. Məhz bu jurnal vasitəsi ilə, az müddətə olsa da (bu dövrdə jurnalın cəmi 8¹-si çapdan çıxmışdır), qabaqcıl nasir və rəssamlar İran və eləcə də Yaxın Şərq mühitində baş verən problemlərə öz münasibətlərini bildirmək üçün imkan əldə edirlər. Təbrizdə «Molla Nəsrəddin» jurnalının nəşrinə başlanarkən Cəlil Məmmədquluzadə azərbaycanlı rəssam Seyidəli Behzadı jurnala cəlb etmişdi. Cəlil Məmmədquluzadənin birbaşa təsiri və köməyi nəticəsində rəssam Əli Behzad karikatura janrının özünəməxsusluqlarına yiyələnir və az vaxtda böyük müvəffəqiyyətlər qazanır.

