



Məmmədov İsmayıl A.Anisimov Mir-Teymur Məmmədov
İncəsənətin həyatla əlaqəsinin getdikcə möhkəmlənməsi, yüksək bədiilik, sənətkarlıq, novatorluq, ifadə mədəniyyətinin kamilliyi naminə aparılan axtarışlar yaradıcı kadrların ildən-ilə çoxalması karikatura sahəsində də özünü göstərirdi. Beləliklə, 1960-1970 illərdə bu sahədə çalışan rəssamlarımızın sayı sürətlə artırdı. Rahib Qədimov, Arif Ələsgərov, Eduard Abdullayev, Faiq Əliyev, Viktor Tatarintsev, Məmmədəli İsmayılov, Elturan Avalov, A.Anisimov,Yavər Əsədov, Bayram Qasımxanlı və başqa rəssamların bu sahədə peşəkar işləri son nəticə etibarı ilə Azərbaycan karikatura sənətini zənginləşdirməyə xidmət edirdi.
Rahib Qədimov
Arif Ələsgərov

