1955-ci ildə Dəvəçi rayonunda anadan olub.
1978-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1987-ci ildə Sankt-Peterburq şəhərində Repin adına Rəssamlıq Akademiyasını bitirib.
1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub.
1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
Bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır.
2007-ci ildə fərdi sərgisi açılıb.
2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.