Idarə heyəti
Yavər Əsədov

 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər Birliyinin və SSRİ Rəssamlar İttifaqının üzvüdür. «Kommunist» qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000-2004-cü illərdə «Zarafat» satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin idarə heyyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hal-hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

     
Azərbaycan  Karikaturaçı Rəssamlar Birliyi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO Azərbaycan qrupunun rəsmi vebsaytına xoş gəlmişsiniz!
 
 
 
  
 
 
 



   Ana səhfə      Yarişlar          Nəticələr          Sərgilər          Kitablar         Bağlantilar            Əlaqə
 Tarix       

Idarə heyəti    

üzvlər