Bu ilin sentyabr ayının 1-dən 6-na qədər Serbiyanın Zemun şəhərində Dünya Karikatura Muzeylərinin və Karikatura Təşkilatları rəhbərlərinin III Beynəlxalq Konfransı keçirilmişdir. Konfransa Belçikadan, Hollandiyadan, Türkiyədən, Bolqarıstandan, Polşadan, İrandan və Azərbaycandan dəvət olunmuş qonaqlar öz ölkələrində karikatura janrının vəziyyəti, karikatura muzeylərinin və təşkilatlarının fəaliyyəti və problemləri haqqında çıxış etmişlər. Konfrans iştirakçıları Anadolu Karikatura Muzeyinin rəhbəri Atila Özerin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə ölkəmizi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil etmişdir. Tədbir çərçivəsində bu ölkələrdə fəaliyyət göstərən muzeylərin və ölkə rəssamlarının karikaturalarından ibarət sərgi təşkil olunmuşdur. Qonaqları Zemun şəhərinin meri qəbul etmiş, Serbiyanın tanınmış karikatura ustaları ilə maraqlı görüşlər keçirilmişdir. Hər birimiz Zemundan xoş təəssüratlarla geri döndük.                                

Bayram Hacızadə                                                              Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri                 .